“Uşaq vaxtı futbolçu olmaq istəyirdim”


Kriminal 10 May 2019 17:39:00 227 0

“Uşaq vaxtı futbolçu olmaq istəyirdim”

Əməkdar artist, tarzən Şəhriyar İmanov ölkənin ilk uşaq kanalı "ARB Günəş"in "Mən məktəbli ikən" verilişində öz məktəb illəri ilə bağlı maraqlı xatirələrini bölüşüb. "Eyni vaxtda həm orta məktəbdə, həm də musiqi məktəbində təhsil alırdım. Ona görə də "iki cəbhədə" vuruşurdum. Orta məktəbdə əlaçı ola bilmirdim, çünki bütün fikrimi, diqqətimi musiqiyə yönəltmişdim. 6-7 saat tarda ifa edirdim. Məktəb vaxtı cəbr, həndəsə, fizikanı çox sevirdim. Sevmədiyim fənn isə kimya idi. Musiqi məktəbinin 3-cü sinfinə qədər futbolçu olmaq istəyirdim. Sonra gördüm ki, gecdir, artıq gələcəyim musiqi ilə bağlıdır". Son.az bildirir ki, Şəhriyar İmanov məktəblilərə öz tövsiyələrini də verib: "Sevdikləri peşə və sənətlə məşğul olmaqları çox vacibdir. Səbrli olmaq lazımdır. Hər kiçik uğursuzluğa pərişan olmaq lazım deyil". Xatırladaq ki, "Mən məktəbli ikən" telelayihəsi hər həftənin şənbə günü axşam saat 18:00-da "ARB Günəş"in efirində yayımlanır.


Xəbərə aid fotolar