Məşhur aktrisa nişanlandı


Digərləri 10 May 2019 17:11:00 233 0

Məşhur aktrisa nişanlandı

İki illik münasibətdən sonra aktrisa-model Hilari Daff və müğənni Mettyu Koma cütlüyü nişanlanıb.

Son.az axşam.az-a istinadən bildirir ki, bu haqda xəbəri Daff özü yayıb. O, nişan üzüyünün şəklini izləyiciləri ilə bölüşüb.

Metyu nişanlısının paylaşımını cavabsız qoymayıb. O, şəkil yayımlayaraq, "Ən yaxın dostumdan mənə ərə gəlməsini istədim" sözlərini yazıb.

Qeyd edək ki, Hilari və Mettyu 2017-ci ildən sevgilidir. Ötən ilin yayında onlar ayrılmış, az keçməmiş yenidən birləşiblər. Həmin ərəfədə Daff hamilə olduğunu açıqlayıb. Cütlüyün Benks Vayolet Beyr adını verdiyi qızı doğulub.


Xəbərə aid fotolar