Nə üçün “Xan” vodkası bir çox Rusiya araqlarından daha keyfiyyətlidir?


Digərləri 10 May 2019 17:20:00 253 0

Nə üçün “Xan” vodkası bir çox Rusiya araqlarından daha keyfiyyətlidir?

Tanınmış rusiyalı texnoloq "Xan" araqlarını hazırlayır.

Məhsullarını "Xan 1860" ticarət nişanı ilə yerli və dünya bazarlarına çıxaran Göygöl şərab zavodu keyfiyyətli alkoqollu içki məhsulları istehsal etməyi şirkətin vacib və önəmli  fəaliyyət istiqaməti kimi müəyyənləşdirmişdir. Məhz bunun nəticəsidir ki, şirkətin istehsal etdiyi araq, şərab, şampan, konyak məhsulları nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qızıl, gümüş və bürünc medallarla mükafatlandırılmışdır. Çəkinmədən qeyd etmək olar ki, "Xan1860" ticarət nişanlı vodka məhsulları keyfiyyət göstəricilərinə görə Rusiyadan, eləcə də dünyanın müxtəlif  ölkələrindən ixrac edilən vodka məhsulları ilə asanlıqla rəqabət aparmaq imkanına malikdir. Bunu aşağıdakı arqumentlərlə izah etmək olar.

Bu arqumentlərdən biri Rusiyada tanınmış vodka markalarını istehsal etmiş Nadejda Samoxinanın Göygöl şərab zavodunda araq məhsullarının istehsalı prosesinə cəlb edilməsidir.

Ümumi olaraq alkoqol sənayesində 35 ildən çox təcrübəyə malik Nadejda Samoxina Rusiyanın "Kristall", "Ruzsky Kupazhniy Zavod", "Almeko" kimi alkoqol istehsal edən iri müəssisələrdə baş texnoloq vəzifəsində çalışmış, habelə Rusiyada bir sıra araq istehsalı müəssisələrinin yaradılmasında iştirak etmişdir. Bu təcrübə şirkət tərəfindən geniş istifadə olunur və xanım texnoloq istehsal sahəsinə cəlb edilən ilk yüksək ixtisaslı əcnəbi mütəxəssis deyil. Zavodun texniki təchizatını, personalın səviyyəsini və istehsal gücünü yüksək qiymətləndirən mütəxəssis "Xan1860" əmtəə nişanlı araqlarının dad və keyfiyyət baxımından dünya brendləri ilə rəqabət aparmaq potensialına malik olduğunu vurğulayıb.

"Xan1860" ticarət nişanlı məhsulların keyfiyyətli olmasının digər səbəbi şirkətin araq məhsullarının tərkibində istifadə etdiyi etil spirtini  özü tərəfindən  istehsal etməsi ilə əlaqədardır.

Ölkəmizin ən böyük etil spirti istehsalı müəssisəsi olan "Göygöl Spirt" MMC "  "Xan1860" ticarət nişanlı araq məhsullarının spirt təchizatçısıdır. Məhz burada ən müasir texnologiyaya cavab verən, avtomatlaşdırılmış və bütün proseslərin kompüterlə idarə edildiyi modern qurğularda etil spirti istehsal edilir. İstehsal gücü sutkada 30000 litr olan müasir spirt istehsalı zavodunda istehsal prosesi zamanı ən yüksək təmizliyə malik "Lüks" və "Alfa" etil spirti istehsal edilir ki, bu da yüksək keyfiyyətli araq məhsullarının istehsal edilməsinə şərait yaradır.

"Xan1860" markalı araqların spirtinin tərkibində aldehidlər yoxdur. Aldehidlər istehlakçılarda alkoqoldan asılılıq yaratdığı üçün bu üzvü maddənin miqdarını 0 həddində saxlanılır. Şirkətin istehsal etdiyi spirtin tərkibində sivuş yağları normadan 2 dəfə azdır. Bu maddə arağın dadında acılıq yaratdığı üçün bu yağların miqdarı aşağı həddə saxlanılır.

"Xan1860" ticarət nişanlı vodka məhsullarının spirti yalnız buğdadan alınır.