Xələf Xələfov: "Paşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri beynəlxalq hüququn pozulmasıdır"


Siyasət 10 May 2019 16:50:00 236 0

Xələf Xələfov: "Paşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri beynəlxalq hüququn pozulmasıdır"

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri beynəlxalq hüququn pozulmasıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, N.Paşinyanın işğal altında olan ərazilərimizə səfəri danışıqlar prosesi baxımından destruktiv addımdır:

"Bu, danışıqlar prosesinin konstruktiv çərçivədə aparılmasına göstərilən təzyiq, münaqişənin həllinə yönəlmiş səylərə ziddir. Belə səfərləri qınayırıq. Azərbaycan ərazisini Ermənistanın işğal etməsi heç kimdə şübhə doğurmur. Amma çox təəssüf ki, beynəlxalq münasibətlərdə mövcud olan standartlar imkan vermir ki, hər tərəf öz adı ilə çağırılsın. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə beynəlxalq normaları pozub. Minsk qrupunun həmsədrləri müəyyən cəhdlər edirlər ki, tərəfləri bir-birinə yaxınlaşdırsın və danışıqlar prosesi aparılsın. Belə bir fonda Paşınyanın səfəri ağlabatan deyil".