Gürcüstan Rusiyanın BakıTbilisiQars layihəsinə qoşulmasına etiraz etdi


Dünya 10 May 2019 16:39:00 214 0

Gürcüstan Rusiyanın BakıTbilisiQars layihəsinə qoşulmasına etiraz etdi

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyənin strateji layihəsidir və hər hansı digər iştirakçı sözügedən layihəyə yalnız bu üç ölkənin razılığı ilə qoşula bilər.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Gürcüstan hökumətinin başçısı Mamuka Baxtadze deyib.

"Bu, bizim üçün strateji layihədir və üç ölkə arasında onun reallaşdırıldığı prinsipləri müəyyən edən saziş imzalanıb", - deyə o, bu gün jurnalistlərə Ankara görüşünü şərh edərkən bildirib. Qeyd edək ki, bu günlərdə Ankarada baş tutan görüşdə Rusiya, Türkiyə və Azərbaycan Dəmir Yollarının rəhbərləri "Rusiya Dəmir Yolları" ASC-nin BTQ layihəsinə qoşulması mümkünlüyü haqqında Memorandum imzalayıblar.

Gürcüstan baş nazirinin sözlərinə görə, layihə üzrə işlərin böyük hissəsi başa çatıb. Ankarada keçirilən görüşə və orada imzalanmış memoranduma gəlincə isə, bu görüş "fərqli rakurs"dan keçirilib.

"Görünür, bu görüş tamamilə fərqli rakursdan keçirilib, çünki üç ölkə (Azərbaycan, Gürcüstan və Türkiyə - "İnterfaks") arasında imzalanmış sazişə uyğun olaraq, hər hansı digər oyunçu bu layihəyə yalnız üç ölkənin razılığı ilə qoşula bilər", - deyə o vurğulayıb.