DİM abituriyentlərə müraciət etdi


Digərləri 10 May 2019 16:04:00 266 0

DİM abituriyentlərə müraciət etdi

2019-cu il mayın 12-də saat 16.00-da DİM-in "Facebook" səhifəsi və "Youtube" kanalı vasitəsilə qəbul imtahanları ilə əlaqədar canlı yayım ediləcək.

2019-cu il mayın 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahanlar keçiriləcək.

Məlum olduğu kimi, hər il imtahanlardan sonra televiziya vasitəsilə abituriyentləri maraqlandıran suallar cavablandırılırdı. Lakin bu ildən etibarən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul yeni qaydalar əsasında keçirilir və buna uyğun olaraq imtahanın məzmunu da dəyişib. İmtahan materiallarının izahının təqdimetmə üsulu televiziya formatına tam uyğun olmadığı üçün sualların yazılı və şifahi izahatı artıq DİM-in sosial şəbəkə kanalları vasitəsilə veriləcək.

İmtahanlardan dərhal sonra DİM-in "Facebook" səhifəsi və "Youtube" kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları , ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş məlumat veriləcək.

Qapalı tipli test tapşırıqlarının doğru cavab etalonları veriliş boyu ekranda yerləşdiriləcək.