Ermənistan mətbuatı: Paşinyanın reytinqi düşür


Digərləri 10 May 2019 15:16:00 152 0

Ermənistan mətbuatı: Paşinyanın reytinqi düşür

Ermənistanın Milli Təhlükəsizlik Xidməti baş nazir Nikol Paşinyanın reytinqinin müəyyən edilməsi üçün yeni rəy sorğusu keçirib.

Bakı. Ermənistanın Milli Təhlükəsizlik Xidməti baş nazir Nikol Paşinyanın reytinqinin müəyyən edilməsi üçün yeni rəy sorğusu keçirib. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, baş nazirin reytinqində yeni antirekord qeydə alınıb. Rəy sorğularına əsasən, N.Paşinyanın reytinqi 34 faizədək azalıb. 3 ay əvvəl keçirilmiş rəy sorğusunun yekunlarına əsasən, erməni baş nazirinin reytinqi 36 faiz təşkil edirdi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin