Millət vəkili: Ermənistan rəhbərliyinin işğal altında olan Şuşaya səfəri beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır


Digərləri 10 May 2019 14:54:00 329 0

Millət vəkili: Ermənistan rəhbərliyinin işğal altında olan Şuşaya səfəri beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır

Millət vəkili Rauf Əliyev Baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistanın dövlət rəhbərliyinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfərini şərh edib.

Bakı. Millət vəkili Rauf Əliyev Baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistanın dövlət rəhbərliyinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfərini şərh edib. R.Əliyev Trend-ə bildirib ki, Ermənistan rəhbərliyinin bu hərəkəti beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır. Bu, eyni zamanda mövcud danışıqlar prosesinin prinsiplərinə də ziddir: "Hazırda Ermənistanda sosial-iqtisadi vəziyyət çox ağırdır. İndiki hakimiyyətlə keçmiş rəhbərlik arasında çəkişmələr davam edir. Paşinyan siyasi opponentlərinin çoxunu həbsə atdırıb. Ermənistanın indiki bu acanacaqlı vəziyyətinə baxmayaraq, müxalifət hakimiyyətlə ümummilli məsələlərdə, xüsusi ilə Qarabağ məsələsində bir olduqlarını dünyaya nümayiş etdirirlər. Onlar Qarabağın rəmzi sayılan Şuşanın işğal gününü şənlik tədbirləri ilə qeyd etdilər". Millət vəkili qeyd edib ki, ermənilərin işğal etdikləri torpaqlar qədim Azərbaycan torpaqlarıdır: "Hazırda erməni əsirliyində olan yüzlərlə azərbaycan övladını necə yaddan çıxarmaq olar? Bu hadisələri kənardan sadəcə olaraq seyr etmək olmaz. Hər kəs öz sahəsində bu münaqişənin tezliklə həll edilməsinə öz töhfəsini verməlidir. Birinci növbədə müxalifətdə olanlar, xaricdə mövcud hakimiyyət əleyhinə kampaniyalar təşkil edənlər başa düşməlidirlər ki, Azərbaycan bütün azərbaycanlıların vətənidir". R.Əliyev vurğulayıb ki, Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət nəticəsində dünyada ən sürətlə inkişaf etmiş ölkələrdən birinə çevrilib: "Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır. İndiki zamanda bir sıra fikir ayrılıqlarını bir kənara qoyub dövlət başçısı ətrafında daha sıx birləşərək Azərbaycanın qarşısında duran yeganə məsələ olan Dağlığ Qarabağ münaqişəsinin həllinə nail olmaq, torpaqlarımızı işğaldan azad etmək lazımdır. Bu, dünyada yaşayan hər bir azərbaycanlının müqəddəs vəzifəsidir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin