Yaponiyada uşaq bağçaları pulsuz olacaq


Digərləri 10 May 2019 14:15:29 211 0

Yaponiyada uşaq bağçaları pulsuz olacaq

Yaponiyada pulsuz uşaq bağçaları fəaliyyətə başlayacaq

Bakı. Yaponiyada pulsuz uşaq bağçaları fəaliyyətə başlayacaq. Trend-in məlumatına görə, bununla bağlı Yaponiya parlamentinin yuxarı palatası müvafiq qanun qəbul edib. Yeni qanuna əsasən, Yaponiyada 3-5 yaşlı bütün uşaqlar üçün bağçalar ödənişsiz olacaq. Qanun bu ilin oktyabrında qüvvəyə minəcək.