Dünya Bankı: Azərbaycan Cənubi Qafqazda müsbət demoqrafiyası olan yeganə ölkədir


Digərləri 10 May 2019 14:09:00 248 0

Dünya Bankı: Azərbaycan Cənubi Qafqazda müsbət demoqrafiyası olan yeganə ölkədir

Azərbaycan Cənubi Qafqazda həm ümumilikdə, həm də regionlar üzrə əhali artımının müşahidə olunduğu yeganə ölkədir

Bakı. Sara İsrafilbəyova - Azərbaycan Cənubi Qafqazda həm ümumilikdə, həm də regionlar üzrə əhali artımının müşahidə olunduğu yeganə ölkədir. Trend bu barədə Dünya Bankının “South Caucasus in Motion” hesabatına istinadən məlumat verir. Hesabata əsasən, 2010-2015-ci illərdə orta artım tempi 1,3 faiz təşkil edib. Əhalinin 53,1 faizi şəhərlərdə yaşayır.