Energetika Nazirliyində ulu öndərin anadan olmasının 96-cı ildönümü qeyd olunub (FOTO)


Digərləri 10 May 2019 13:50:00 86 0

Energetika Nazirliyində ulu öndərin anadan olmasının 96-cı ildönümü qeyd olunub (FOTO)

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Energetika Nazirliyində tədbir keçirilib.

Bakı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Energetika Nazirliyində tədbir keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf proqramları, kompleks tədbirlər, səmərəli kadr islahatları və idarəçilik metodları bütün sahələrdə, eləcə də enerji sektorunda uzunmüddətli inkişafın təməlini formalaşdırıb. Ötən əsrin 70-80-ci illərində neftçıxarma, neft emalı sənayesi və elektroenergetika sistemində əldə edilmiş nailiyyətlər məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Energetika naziri 90-cı illərdə ulu öndərin mürəkkəb vəziyyətdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, siyasi böhranın aradan qaldırılması, sosial-iqtisadi problemlərin həlli istiqamətindəki xidmətlərindən də bəhs edib. Onun müəllifi olduğu neft strategiyasının qazandırdığı nailiyyətlərdən, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum (Cənub Qafqaz Boru Kəməri) qaz kəməri və “Şahdəniz” layihələrinin həyata keçirilmə prosesi, iqtisadi və siyasi üstünlüklərindən danışıb: “Ulu öndər Heydər Əliyevin bütün bu xidmətləri Xəzər regionunun Azərbaycan vasitəsilə enerji mərkəzi kimi qəbulunda mühüm rol oynadı. Ölkə iqtisadiyyatının sürətli inkişafına, neft gəlirlərinin insan kapitalına yönəldilməsinə nail olundu. Bu siyasət, Azərbaycanın enerji ölkəsi kimi uzunmüddətli inkişafında, eləcə də enerji təhlükəsizliyinin təminatçısına çevrilməsində bu gün də mühüm rol oynayır”. Ulu öndərin ideyalarının, strateji inkişaf kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib. Həyata keçirilən layihələr, elektroenergetika sisteminin dayanıqlığının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər Heydər Əliyev strategiyasının yeni mərhələdə inkişaf edən nümunələri kimi qiymətləndirilib.
Henrik Mxıtaryan Bakıya gələcək like
  • 10 May 13:49  
İdman Henrik Mxıtaryan Bakıya gələcək

UEFA Arsenal-ın erməni futbolçusu Henrik Mxitaryanın

arrow Ətraflı
Heyvanlarda peyvəndləmə işləri aparılıb  FOTO like
  • 10 May 13:49  
Digərləri Heyvanlarda peyvəndləmə işləri aparılıb FOTO

Saatlı rayonu ərazisində "Epizootiya əleyhinə profilaktika və diaqnos

arrow Ətraflı
"Əli Mirəliyevi kəsibdoğramaq lazımdır, bunun üçün 10 min dollar..." like
  • 10 May 13:44  
Şou-biznes "Əli Mirəliyevi kəsibdoğramaq lazımdır, bunun üçün 10 min dollar..."

"Həkim olsaydın Əli Mirəliyevin harasında estetik əməliyyat aparard

arrow Ətraflı
Komitə: Azərbaycanda özəl qəbiristanlıqların olması mümkün deyil like
  • 10 May 13:44  
Digərləri Komitə: Azərbaycanda özəl qəbiristanlıqların olması mümkün deyil

Azərbaycanda özəl qəbiristanlıqların olması mümkün deyil.

arrow Ətraflı
Lökbatanda Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar əklilqoyma mərasimi keçirilib (FOTO) like
  • 10 May 13:36  
Digərləri Lökbatanda Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar əklilqoyma mərasimi keçirilib (FOTO)

Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında ulu öndərin anadan olmas

arrow Ətraflı
Ramil Nabran Şəbnəm Tovuzlunun bədənində olan qüsurdan danışdı like
  • 10 May 13:34  
Şou-biznes Ramil Nabran Şəbnəm Tovuzlunun bədənində olan qüsurdan danışdı

Reper Ramil Nabran müğənni Şəbnəm Tovuzlunun bədənində olan qüsurdan d

arrow Ətraflı
Pakistanda Heydər Əliyevin 96-cı ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib (FOTO) like
  • 10 May 13:30  
Digərləri Pakistanda Heydər Əliyevin 96-cı ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib (FOTO)

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Azərbaycan

arrow Ətraflı
Dünya ABŞ dollarından imtina edəcək like
  • 10 May 13:29  
Dünya Dünya ABŞ dollarından imtina edəcək

Yaxın illərdə bir sıra ölkələr ABŞ dollarının istifadəsindən tam imt

arrow Ətraflı
Paşinyanın Şuşa səfərinə reaksiya: like
  • 10 May 13:24  
Siyasət Paşinyanın Şuşa səfərinə reaksiya:

"Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Dağlıq Qaraba

arrow Ətraflı
Qəbələ ili yarım milyon zərərlə tamamladı like
  • 10 May 13:23  
İdman Qəbələ ili yarım milyon zərərlə tamamladı

"Qəbələ" klubu 2018-ci il üçün maliyyə hesabatını a&ccedi

arrow Ətraflı
Prezident İlham Əliyevin “Facebook” səhifəsində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş videoçarx paylaşılıb (VİDEO) like
  • 10 May 13:21  
Digərləri

Prezident İlham Əliyevin “Facebook” səhifəsində Heydər Əliyevin anada

arrow Ətraflı
Bakıda yağış yağacaq, temperatur aşağı düşəcək like
  • 10 May 13:14  
Digərləri Bakıda yağış yağacaq, temperatur aşağı düşəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı