Komitə: Azərbaycanda özəl qəbiristanlıqların olması mümkün deyil


Digərləri 10 May 2019 13:44:00 208 0

Komitə: Azərbaycanda özəl qəbiristanlıqların olması mümkün deyil

Azərbaycanda özəl qəbiristanlıqların olması mümkün deyil.

Bakı. Samir Əli - Azərbaycanda özəl qəbiristanlıqların olması mümkün deyil. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiqlədiyi sənədə əsasən, qəbiristanlıqlar bələdiyyələrin balansında olmalıdır: "Qəbiristanlıqlarla bağlı bütün məsələlər həmin sənədlə tənzimlənməlidir. Həmin sənəddə isə qəbiristanlıqların salınması, dəfn işinin təşkili öz əksini tapıb". G.İsmayılovun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır və aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək: