Tanınmış aparıcı vəfat etdi


Dünya 10 May 2019 12:04:00 204 0

Tanınmış aparıcı vəfat etdi

ABŞ-ın məşhur aparıcısı Cim Fouler ölüb.

Son.az The Sun-a istinadla xəbər verir ki, heyvanlarla bağlı sənədli filmləri ilə şöhrət qazanan aparıcı 89 yaşında dünyasını dəyişib.

Onun ölüm xəbərini ailəsi təsdiqləyib. Aparıcı Konnektikut ştatındakı evində vəfat edib.

Qeyd edək ki, o, 100-dən çox verilişdə aparıcılıq edib.