Azərbaycan ictimaiyyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96cı ildönümünü qeyd edir FOTO


Siyasət 10 May 2019 11:50:00 202 0

Azərbaycan ictimaiyyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96cı ildönümünü qeyd edir  FOTO

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür.

Son.az Trend-ə istinadən xəbər verir ki, Ulu Öndərin ad günü - mayın 10-da səhər saatlarından ictimaiyyət nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tutur, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dualar oxuyurlar.