Qazaxıstanda güclü zəlzələ


Dünya 10 May 2019 10:39:00 193 0

Qazaxıstanda güclü zəlzələ

Qazaxıstanda güclü zəlzələ olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Almatı vilayətində baş verib.

Fövqəladə hallar üzrə vilayət departamentinin mətbuat xidməti zəlzələnin Almatı şəhərindən 356 kilometr şimal-şərqdə 5,2 bal gücündə baş verdiyi barədə məlumat yayıb.

Dağıntılar və insan tələfatı barədə hələ məlumat verilməyib.