ABŞ Şimali Koreyanın yük gəmisini ələ keçirib


Dünya 10 May 2019 10:29:00 238 0

ABŞ Şimali Koreyanın yük gəmisini ələ keçirib

Vaşinqtonla Pxenyan arasında yenidən soyuq yellərin əsməsi fonunda, ABŞ KXDR-ə aid yük gəmisini müsadirə edib. İddiaya görə, daş kömürün daşınması məqsədilə istifadə olunan gəmi beynəlxalq sanksiyaların şərtlərini pozub.

Son.az bu barədə Oxu.az-a istinadən xəbər verir. 

Bu ABŞ-ın beynəlxalq sanksiyaları pozduğuna görə Şimali Koreyaya aid gəmini müsadirə etməsi ilə bağlı ilk belə haldır.

"Wise Honest" adlı gəmiyə ötən il İndoneziyada həbs qoyulub, ancaq ABŞ-ın müsadirə orderi əsasında hazırda gəmi Birləşmiş Ştatlara göndərilib.

"Bizim idarə, Şimali Koreyanın gəminin mənşəyini gizlətməklə xarici alıcılara tonlarla daş kömür satmaq məqsədilə hazırladığı sxemin üstünü açıb", - deyə amerikalı prokuror Cefri S.Berma bildirib.