Avroliqa tarixində ilk yaşandı


İdman 10 May 2019 10:01:00 248 0

Avroliqa tarixində ilk yaşandı

2018/19-ci illər Avropa kubokları mövsümü tarixə ilklə düşüb.

Goal.az xəbər verir ki,ilk dəfə həm Çempionlar Liqası, həm də Avropa Liqasının finalında bir ölkənin təmsilçiləri üz-üzə gələcək.

Çərşənbə günü, mayın 29-də Bakıda keçiriləcək Avropa Liqasının final matçında Chelsea Arsenal-la qarşılaşacaq.

İyunun 1-də Madriddə (İspaniya) keçiriləcək Çempionlar Liqasının finalında isə TottenhamLiverpool üz-üzə gələcək.