Sabah TOEFL IBT imtahanı keçiriləcək


Digərləri 10 May 2019 10:17:34 233 0

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində mayın 11-də TOEFL IBT imtahanı keçiriləcək

Bakı. Dövlət İmtahan Mərkəzində (DİM) mayın 11-də TOEFL IBT imtahanı keçiriləcək. DİM-dən Trend-ə verilən məlumata görə, TOEFL IBT imtahanı 2019-cu il mayın 11-də Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahan saat 09.30-da başlayacaq. İmtahanda iştirak edən şəxslər saat 08.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.