Mişel Temer polisə təslim oldu


Dünya 10 May 2019 07:35:00 242 0

Mişel Temer polisə təslim oldu

Keçmiş Braziliya prezidenti Mişel Temer mayın 9-da məhkəmənin onun yenidən həbs edilməsi qərarından sonra San Pauloda yerləşən federal polisinin qərargahına gəldi.

Son.az Trend-ə istinadən bildirir ki, Rio de Janeyro şəhər Federal məhkəməsinin qərarı ilə Temer bir sıra korrupsiya qalmaqalalları işlər üzrə aparılan istintaq zamanı həbsdə qalacaq.

İndi Temer onun bundan sonra harada olacağı barədə polisin qərarını gözləyir.