İki nəfəri timsah parçaladı FOTO


Digərləri 10 May 2019 03:30:00 269 0

İki nəfəri timsah parçaladı  FOTO

Keniyanın Homa-Bey şəhərində iki nəfər timsahlar tərəfindən parçalanıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Standart Media" portalı məlumat yayıb.

Bazar günü Kennedi Onyanqo adlı doqquz yaşlı uşaq Viktoriya gölündə paltarını yumağa çalışıb. Şahidlərin sözlərinə görə, elə bu an timsah hücum çəkərək, onu suya aparıb.

Yerli sakinlər həyəcan qaldırıb, qayıqlarla göldə uşağın meyitini tapmağa çalışıblar.  

Axtarışlar zamanı başqa bir sakin də faciəvi şəkildə həyatını itirib. Qayıqdan suya düşdükdən sonra anidən peyda olan timsah onu parçalayıb. Kişinin qalıqları bir neçə saatdan sonra  balıqçılar tərəfindən aşkarlanıb və yerli morqa yerləşdirilib.


Xəbərə aid fotolar