Misir prezidenti Liviya ordusunun komandanını qəlub edib


Digərləri 09 May 2019 23:22:29 227 0

Misir prezidenti Liviya ordusunun komandanını qəlub edib

Mayın 9-u Misir prezidenti Abdel Fəttah əl-Sisi Liviya Milli Ordusunun komandanı feldmarşal Xəlifə Haftarı Qahirədə qəbul edib.

Bakı. Mayın 9-u Misir prezidenti Abdel Fəttah əl-Sisi Liviya Milli Ordusunun komandanı feldmarşal Xəlifə Haftarı Qahirədə qəbul edib. Trend-in məlumatına görə, görüş zamanı Liviyada baş verən son hadisələr müzakirə olunub. Bu, onların Misirdə keçirilən artıq ikinci görüşüdü. Prezident ofisinin rəsmi nümayəndəsi bildirib ki, Misir prezidenti Liviyada təhlükəsizlik və sabitliyin bərqərar olunması üçün Misirin terrorizm və ekstremist qruplara qarşı mübarizəni aparmaq üçün dəstəyini vurğuladı və Liviyada qanunun aliliyinin bərpası üçün ölkənin hərbi təşkilatlarının rolunu yüksək qiymətləndirdi.