Qadın ərinin başına meyvə qabını çırpdı, ürəyi soyumayıb qaz balonu ilə öldürdü MƏHKƏMƏ


Kriminal 09 May 2019 23:09:00 252 0

Qadın ərinin başına meyvə qabını çırpdı, ürəyi soyumayıb qaz balonu ilə öldürdü  MƏHKƏMƏ

Ərini öldürməkdə təqsirləndirilən 25 yaşlı Tünzalə Vəliyevanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.Vəliyevanın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2017-ci ilin noyabr ayında Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində baş verib. Həmin ünvanda yaşayan 28 yaşlı Nazim Vəliyev işdən evə qayıdandan sonra həyat yoldaşı 23 yaşlı Tünzalə Vəliyeva ilə ailədaxili məsələ üstündə mübahisə edib. Mübahisə o həddə çatıb ki, Tünzalə Vəliyeva Nazim Vəliyevin başına meyvəqabını çırpıb. Nəticədə Nazim Vəliyev yerə yıxılıb. Hirsi soyumayan qadın huşsuz vəziyyətdə yerdə qalan həyat yoldaşının başına bu dəfə qaz balonunu bir neçə dəfə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib.

Səsə gələn qonşular dərhal polisə məlumat veriblər. Hadisə yerinə Sabunçu rayon polis və prokurorluq əməkdaşları gəliblər. Cinayəti törətməkdə şübhəli bilinən Tünzalə Vəliyeva saxlanılaraq istintaqa cəlb edilib.