Erməni nazir danışıqların mühüm detalını açıqladı


Dünya 09 May 2019 23:00:00 212 0

Erməni nazir danışıqların mühüm detalını açıqladı

"Azərbaycanla əsirlərin dəyişdirilməsinə dair danışıqlar davam edir. Hamının hamıya prinsipinin bəzi detallarını aydınlaşdırmağa ehtiyac var. Yəni "hamı" dedikdə kimlərin nəzərdə tutulduğu müəyyən edilməlidir.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan Irəvanda jurnalistlərə bildirib.

Tonoyan Azərbaycanla aparılan danışıqların konkretləşmədiyini deyib.

"Hələlik konkret vəzifə yoxdur, amma danışıqlar gedir. Bildiyiniz kimi mən müvafiq komissiyanın sədriyəm. Hazırda danışıqlar gedir ki, biz kimi kimlə dəyişdirmək məsələsini anlayaq"- Tonoyan bildirib.