Məşhur dietoloq orucun bədənə


Digərləri 09 May 2019 21:52:00 231 0

Məşhur dietoloq orucun bədənə

Türkiyəli dietoloq Mürşüd Özener orucun bir çox xəstəliklərin müalciəsində effektli təsiri olduğunu bildirib.

Son.az publika.az-a istinadən xəbər verir ki, sağlam qidalanma mütəxəssisi yağların yandırılması nəticəsində şəkər və xolesterin səviyyəsinin yaxşılaşdığını deyib:

"Orucun immunitetə bir çox faydası var. Gündəlik həyatda çox enerji verən qidaları yemək insanlarda zamanla insulin müqaviməti, köklük və şəkər xəstəliyinin inkişafına səbəb olur. Qənnadı məhsullar, şəkər nisbəti yüksək olan meyvələr, xəmir xörəkləri, ağ çörək, plov kimi ərzaqlar qara ciyəri yağlandırır. Beləliklə, orqanizmin xəstəliklərə qarşı müqaviməti zəifləyir və öz funksiyalarını yerinə yetirə bilmir. Oruc qaraciyərin işini asanlaşdırır və tarazlayır. Bədən yenidən daha mühüm funksiyalarına yönəlir, orqanizmin infeksiyalarla mübarizə və özünü xəstəliklərdən qoruması asanlaşır. Orqanizminin oruc tutduğunu insan bütün qida maddələrini tamamilə həzm etdikdən sonra anlamağa başlayır. Bu vəziyyət qanda şəkərin səviyyəsini aşağı salaraq orqanizmdə halsızlıq və süstlük, baş ağrısı, ürəkbulanmanın əlamətləri ilə özünü göstərir. Orqanizm enerji ehtiyacını qarşılamaq üçün qaraciyər və əzələlərdəki qlükozaya yönəlir. Daha sonra enerji mənbəyi kimi bədəndə və qaraciyərdə toplanan yağlardan istifadə edir. Yağların yandırılması ilə həm artıq çəkilər gedir, həm də şəkər və xolesterin səviyyəsi yaxşılaşır".

Dietoloq Ramazan ayında bədənin uzun müddət susuz qalması və onun təsirlərini haqqında fikirlərini belə ifadə edib:

"İnsan bədəni gün ərzində 2 litr suya ehtiyac duyur. Odur ki, imsakda və iftarda su çox için, bitki çaylarına, duzsuz ayran və az şəkərli kompotlara yer verin. Qazlı və çox şəkərli içkilər qəbul etməyin. Orqanizmin karbohidrat ehtiyacı isə aşağı karbohidratlı qidalarla qarşılanmalıdır.

Paxla şorbası, tam taxıllı çörək, bulqur plovu, xurma və az şəkərli alma, çiyələk kimi meyvələr yeyilməlidir. Orqanizm üçün lazım olan zülal ehtiyacını da yüksək zülal tərkibli ərzaqlarla qarşılamaq lazımdır. Məsələn, yumurta, qatıq, balıq, toyuq və ət, ya da yaşıl mərci kimi məhsullara üstünlük verilməlidir.