"Ticarət gərginliyinin artması dünya üçün pis olacaq"


Digərləri 09 May 2019 21:35:00 233 0

"Ticarət gərginliyinin artması dünya üçün pis olacaq"

"Berkshire Hathaway"in banisi Uorren Buffett (Warren Buffett) ABŞ ilə Çin arasındakı ticarət gərginliyinin artmasının bütün dünya üçün pis olacağını bildirib.

Son.az marja.az-a istinadən bildirir ki, ABŞ Prezidenti Donald Trampın bəzi Çin məhsullarına gömrük vergisini 10%-dən 25%-ə qaldıracağı açıqlamasına münasibət bildirən milyarder sərmayəçi Uorren Buffett iki ölkə arasındakı ticarət "müharibələrinin" şiddətlənməsinin bütün dünya üçün mənfi olacağını bildirib.

İnvestorların neqativ informasiya axınına bağlı olaraq səhmlərində satışa keçməsinin məntiqsiz olacağını deyən Buffett, "ABŞ ilə Çin gələcək 100 ildə super güclər olacaq və hər zaman gərginlik olacaq" şərhini edib.

Buffett, iki ölkə üçün də yaxşı bir ticarət razılaşması təmin edilməsinin həm ABŞ, həm də Çinin xeyrinə olacağını sözlərinə əlavə edib.