Böyük alimlər Ramazan ayını necə yaşadırdı?


Digərləri 09 May 2019 21:20:00 220 0

Böyük alimlər Ramazan ayını necə yaşadırdı?

Mübarək Ramazan ayı din alimləri üçün ilin başlanğıcı hesab olunur. Belə ki, onlar illik əməllərin hesabını bu ayda çəkər və maddi zəkatlarını bu ayda verərlər.

Mirzə Muhəmmədcəfər Ənsari.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu böyük alimin qohumları nəql edirlər ki, alim mübarək ay gələn zaman nə dərslərini və nə də ibadətlərini tərk etməzdi. O, gecə namazının nafiləsindən tutmuş, gündə Qurandan bir cüz oxumaq, Cəfər Təyyarın namazı, "Cameə" ziyarətini, Aşura ziyarətini oxumağı tərk etməz və onları xüsusi diqqətlə yerinə yetirərdi.

Ayətullah Behcət.

Ayətullah Behcətin oğlu hüccətil-İslam Əli Behcət atasının Ramazan ayındakı halını belə nəql edir: "Alimin bu mübarək ayda yerinə yetirdiyi xüsusi əməllərdən biri bu idi ki, günəş çıxana qədər Quran barəsində təfəkkür edərdi. Bu ayda atam gün ərzində ən çox Quran ayələrinin mənası barəsində düşünərdi. Qədr gecələrində oyaq qalar və Quranı başına qoyardı. O, yatmazdan əvvəl "Kisa" hədisini oxuyar, yatan zaman dəstəmazlı olardı. Əgər dəstəmaz ala bilməsəydi, təyəmmüm alıb yatardı".

Əllamə Təbatəbai.

Əllamə dua və münacat əhlindən idi. Yol gedən zaman belə, dili zikrdən qalmazdı. Nafilələri yerinə yetirərdi. Hətta yol gedən zaman belə, nafilə namazlarını qılardı. Ramazan ayı boyunca gecələri səhərə qədər oyaq qalardı.