"Türksat 5A"nın kosmosa göndəriləcəyi tarixi məlum olub


Digərləri 09 May 2019 21:25:00 207 0

"Türksat 5A"nın kosmosa göndəriləcəyi tarixi məlum olub

"Türksat AŞ" şirətinin Baş direktoru Cenk Şen, "Türksat 5A" peykinin, gələn ilin ikinci rübündə kosmosa buraxılmasının planlaşdırdığını bildirib.

Son.az marja.az-a istinadən bildirir ki, Şen, ""Türksat 5A" peyki, bir problem olmasa, 2020-ci ilin ikinci rübündə ABŞ-ın Florida ştatındakı kosmodromdan kosmosa göndəriləcək" - deyib.

"Türksat AŞ"nin Baş direktoru hazırda Türkiyənin 3 peykinin olduğunu, "Türksat 5A", "Türksat 5B", Türkiyənin ilk yerli və milli peyki "Türksat 6A"nın tikintisi işlərinin isə davam etdiyini deyib.