Batumi limanından Azərbaycana yük daşımalarının həcmi açıqlanıb


Digərləri 09 May 2019 21:06:00 225 0

Batumi limanından Azərbaycana yük daşımalarının həcmi açıqlanıb

2019-cu ilin yanvar-aprel aylarında Gürcüstanın Batumi limanından Azərbaycana yük daşımalarının ümumi həcmi 128 269 ton olub.

Son.az bildirir ki, bunu Trend-ə Batumi dəniz limanındakı mənbə bildirib.

Məlumata əsasən, bu həcmdən 95 646 tonu xam şəkərin payına düşüb:

"Bundan başqa, 12 836 ton palma yağı, 12 871 ton soya, 3 608 ton qarğıdalı yağı və 3 308,25 ton lonjeron bu müddət ərzində Batumi limanından Azərbaycana daşınıb".

Xatırladaq ki, 2018-ci il ərzində Azərbaycandan Batumi limanına yük daşımalarının həcmi 26 119 ton təşkil etmişdi.