Putin qələbə yürüşündə atasının şəkli ilə


Dünya 09 May 2019 21:07:00 245 0

Putin qələbə yürüşündə atasının şəkli ilə

Rusiya Prezidenti Vladimir Putin əlində faşizm üzərində qələbənin 74-cü ildönümü ilə bağlı keçirilən "Ölümsüz alay" yürüşündə iştirak edib.

Son.az oxu.az-a istinadən bildirir ki, dövlət başçısı hər Qələbə günündə olduğu kimi, əlində müharibədə iştirak edən atasının fotosunu tutub. Rusiya prezidenti ənənəsinə sadiq qalaraq minlərlə insanın iştirak etdiyi yürüşdə atasını yad edib.

Qeyd edək ki, Putinin atası Leninqradda ağır yaralanmışdı, o, ömrünün qalan hissəsini ayağında şrapnel hissələri ilə keçirib.