Ramazan və Quran


Digərləri 09 May 2019 20:50:00 278 0

Ramazan və Quran

Qurani-Kərim Ramazan ayında nazil edilmişdir. Bu baxımdan da Ramazan Quran ayıdır. Allah Təala belə buyurur:

"Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqı batildən) ayıran Quran o ayda endirilmişdir".1

Min aydan daha xeyirli olan Qədr gecəsi də bu aya təsadüf edir. Quranda bu barədə belə deyilir:

"Şübhəsiz ki, biz onu Qədr gecəsində nazil etdik. Sən Qədr gecəsinin nə olduğunu bilirsən? Qədr gecəsi min aydan daha xeyirlidir".2

Qurani-Kərimin endiyi gecə olduğuna görə min aydan xeyirli olması elan edilən Qədr gecəsi Quranın Allah yanında nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Əgər biz Quranı oxuyub üzərində düşünsək, onun mühümlüyünü məhz o vaxt başa düşər və Qurandan istifadə etməyə başlayarıq. Ramazan ayı bunun üçün bir imkandır, başqa sözlə, belə bir məqsədə çatmaq üçün fürsətdir. Allah Təala belə buyurub:

"Onlar Quranı düşünmürlərmi? Yoxsa onların qəlblərinin üzərində kilid var?".3

"Biz o Quranı sənin dilində endirib asanlaşdırdıq ki, düşünüb ibrət alsınlar".4

"And olsun ki, biz bu Quranı ondan ibrət alınsın deyə asanlaşdırdıq. Heç düşünən yoxdurmu?".5

Allah Təala Quranı necə oxumaq lazım gəldiyini isə belə izah etmişdir:

"Ey örtünüb bürünən! Gecənin yarısında, istəsən bir az sonra, istəsən də ondan bir az qabaq qalx və ağır-ağır Quran oxu!