Batumi limanından Azərbaycana yük daşımalarının həcmi açıqlanıb


Digərləri 09 May 2019 20:57:34 237 0

Batumi limanından Azərbaycana yük daşımalarının həcmi açıqlanıb

2019-cu ilin yanvar-aprel aylarında Gürcüstanın Batumi limanından Azərbaycana yük daşımalarının ümumi həcmi 128 269 ton təşkil edib

Bakı. Ləman Zeynalova - 2019-cu ilin yanvar-aprel aylarında Gürcüstanın Batumi limanından Azərbaycana yük daşımalarının ümumi həcmi 128 269 ton olub. Bunu Trend-ə Batumi dəniz limanındakı mənbə bildirib. Məlumata əsasən, bu həcmdən 95 646 tonu xam şəkərin payına düşüb: "Bundan başqa, 12 836 ton palma yağı, 12 871 ton soya, 3 608 ton qarğıdalı yağı və 3 308,25 ton lonjeron bu müddət ərzində Batumi limanından Azərbaycana daşınıb".