Devid Bekhemin altı ay müddətinə sürücülük vəsiqəsiz qaldı


Digərləri 09 May 2019 20:22:22 229 0

Devid Bekhemin altı ay müddətinə sürücülük vəsiqəsiz qaldı

London Bromli rayon məhkəməsi İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi və kapitanının Devid Bekhemin sürücülük vəsiqəsini altı aylıq müddətinə əldən alıb

Bakı. London Bromli rayon məhkəməsi İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi və kapitanının Devid Bekhemin sürücülük vəsiqəsini altı aylıq müddətinə əldən alıb. Trend-in məlumatına görə, bu barədə Sky News qəzeti yazır. Hadisə ötən il noyabrın 21-də baş verib. Yoldan keçən bir nəfər, Beckhemın Londonun mərkəzindəki Bentley Bentayga avtomobilini idarə etdiyini və həmin vaxtda qanunla qadağan edilən mobil telefonu ilə söhbət etdiyini gördü. Qapalı rejimdə keçirilən dinləmələr zamanı Bekhem öz günahını etiraf edib.