Ramazan orucunu qəsdən tərk etmək


Digərləri 09 May 2019 20:15:00 200 0

Ramazan orucunu qəsdən tərk etmək

Ramazan ayını oruc tutmaq islamın əsaslarından biridir. Həddi buluğa çatmış insanın orucu bilərəkdən tərk etməsi ən böyük günahlardandır. Ona görə də o tövbə etməli və çoxlu yaxşı əməllər, nafilələr etməlidir. Həmçinin dinin digər əsaslarına: namaz, zəkat, həcc və s. - xüsusi diqqət yetirməlidir. Amma həmin adam keçən oruclarını qəza etmir. Çünki belə günahı qəza etmək əvəz edə bilməz. Günahı qəzadan çox yuxarıdadır.