Diabet xəstələri səhərlər nə yeməlidir? –


Digərləri 09 May 2019 20:17:00 289 0

Diabet xəstələri səhərlər nə yeməlidir? –

Şəkərli diabet xəstələrinin xüsusən səhərlər nə yeyəcəyi çox zaman problem olaraq qalır. Xüsusən Ramazanda oruc tuta bilən diabetlər üçün səhər nə yeyim sualının cavabını burdan əldə edə bilərsiniz.

Son.az medicina.az-a istinadən bildirir ki, şəkər xəstələri üçün ideal səhər yeməyi nümunəsi bunlardır.

-Suda bişmiş yumurta -Diabetik çörək -Kükü -Yağsız süfrə pendiri

-Limon, turş meyvə, giləmeyvələr -Pomidor, xiyar, kələm bişmişi, salatı -Yulaf, herkules, qarabaşaq

-Duzsuz kəsmik -Diabet xəstələri qarabaşağı bişirmədən, gecədən islağa qoymaqla da yeyə bilər. Qarabaşağın üzərinə qatıq, pendir, zeytun yağı gəzdirmək olar. -Şəkər xəstələrinə ağ düyü olmaz. Ona görə qəhvəyi düyünü süzüb, üzərinə tərəvəz və toyuq filesi qoya bilərsiniz.