“Influencer” termini rəsmi olaraq ingilis dilinə əlavə edildi


Digərləri 09 May 2019 20:05:00 210 0

“Influencer” termini rəsmi olaraq ingilis dilinə əlavə edildi

"Merriam-Webster" leksikoqrafları rəsmi şəkildə elan edib ki, influencer, tweetstorm, gig economy və on-brand jarqonları rəsmi şəkildə ingilis dilinə - dilin ümumi leksikasına əlavə edilib.

Son.az facemark.az-a istinadən bildirir ki, yeni sözlərin də əlavə olunduğu lüğət artıq 172 ildir ki, amerika şirkəti tərəfindən dərc edilir. Hər sahədə jarqonlar var və belə sözləri, əsasən kiçik sosial qruplar istifadə edir, amma dilin ümumi leksikasına əlavə edilmir.

Əgər professional jarqondan zaman keçdikcə daha çox insan istifadə edirsə, bu halda o əsas dilə nüfuz edir. Belə bir taleni yuxarıda sadaladığımız sözlərə də təsir edib, belə ki, sosial şəbəkələrin hökmranlığı onların əsas dilə nüfuz etməsi prosesini sürətləndirib.

Məsələn, sahə termini olan influenceri dilə gətirən əsas marketoloqlar olub. Bu gün nüfuzlu insan anlayışının yerini, sadə insanın nəyəsə marağı varsa (məsələn, istehlak məhsulları haqqında da ola bilər), onun haqda sosial şəbəkələr üzərindən danışa, paylaşım edə bilər fikrinə verib. Influencerlər öz şəxsi platformalarından gəlir əldə etmək üçün istifadə edirlər. Onlar hər-hansı təşkilatın, brendin inkişafı ilə məşğul olurlar.

"Marketinq-brendinq-istiqamətləri indi, keçmiş ilə müqayisədə daha çox öyrənilir, aydınlaşdırılır. Peşəkar terminlərin dərk edilməsi, eyni zamanda vizual obrazların dərk edilməsiylə və məlumatlandırılmanın artmasıyla gəlir", -" Merriam-Webster"in redaktoru Sokolovskiy Piter izah edib.