53 milyard dollarlıq meqa neft layihəsi


Digərləri 09 May 2019 19:35:00 233 0

53 milyard dollarlıq meqa neft layihəsi

İraqın Baş naziri Adil Abdulmehdi, ABŞ-ın enerji şirkəti "ExxonMobil" və Çinin nəhəng neft şirkəti "PetroChina" ilə 53 milyard dollarlıq müqavilə imzalamağa hazırlaşdıqlarını söyləyib.

Son.az marja.az-a istinadən bildirir ki, Abdulmehdi, paytaxt Bağdadda keçirdiyi həftəlik mətbuat konfransında, ABŞ və Çin şirkətləri ilə imzalanacaq meqa layihə müqaviləsi haqqında məlumatlar verib.

İraqın yaxın vaxtlarda "ExxonMobil" və "PetroChina" ilə 53 milyard dollarlıq neft müqaviləsi imzalayacağını bildirən Abdulmehdi, "İraq Neft Nazirliyi, "ExxonMobil" və "PetroChina", hazırda neftin qiymətlərinin düşməsi və artması halında mənfəətin necə bölüşdürüləcəyini müzakirə edirlər",- deyib.

İraqın Baş naziri, müqavilənin 30 illik olacağını və bu müddət ərzində 400 milyard dollardan çox qazanc əldə etməyi planlaşdırdıqlarını bildirib.

Abdulmehdi, meqa neft müqaviləsində İraqın cənubundakı iki neft yatağının - "Nahr min Umar" və "Artavi"nin inkişaf etdirilməsilə yataqlarım neft istehsalı gücünün gündəlik 125 min bareldən 500 minə qaldırılmasının da yer aldığını deyib.