Xərçəngdən ölümün qarşısını almağın yolu tapıldı


Digərləri 09 May 2019 18:32:00 247 0

Xərçəngdən ölümün qarşısını almağın yolu tapıldı

İsveçrədən olan tədqiqatçılar qrupu xərçəngin müalicəsini çətinləşdirən və xəstənin vəziyyəti barədə pis proqnozun verilməsinə səbəb olan metastazların meydana gəlməsinin qarşısını almaq üçün bir yol tapıb. 

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu barədə "Science Alert" nəşri məlumat yayıb.

Burada əsas rolu Aktivin B və ALK7 reseptoru kimi birləşmələr oynayır. Eksperimentlər zamanı tədqiqatçılar siçan modeli üzərində neyroendokrin mədəaltı xərçəngi və süd vəzinin xərçəngindən istifadə ediblər. Məlum olub ki, ALK7-nin varlığı şişlərin təkrarlanma ehtimalının daha az olmasını təmin edir. Bununla yanaşı, metastazların inkişafı reseptor konsentrasiyasının yüksək səviyyəsində tormozlanır.

Hər iki molekul sinir yolunda iştirak edir və xərçəng hüceyrələrini proqramlaşdırılmış hüceyrə ölümü mərhələsinə - apoptoza girməyə məcbur edir. Reseptorun aktivləşdirilməsi ligandın aktivin B-yə bağlanması zamanı baş verir.

Məlumdur ki, aktivinlər, başda B aktivini olmaqla, hüceyrənin böyüməsi və yayılmasında, metobolizmdə, immun cavabın verilməsində və menstrual dövrün tənzimləməsində rol oynayır.