Məlum olmayan silahları işə saldılar


Dünya 09 May 2019 17:56:00 246 0

Məlum olmayan silahları işə saldılar

Şimali Koreya dünyanın müəyyən edə bilmədiyi silahları sınaqdan keçirib.

Son.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Məlumata görə, sınaq dünən günorta saatlarında həyata keçirilib. Lakin hansı silahların istifadə edildiyi məlum deyil. Ehtimallara görə, bu, raket sınaqlarıdır.

Xatırladaq ki, ötən həftə Şimali Koreya ordusu hücum təlimləri keçirib. Təlimi Kim Çen İn şəxsən izləyib.