Paşinyan yenə qanunsuz olaraq Qarabağa gəlib


Digərləri 09 May 2019 17:35:00 225 0

Paşinyan yenə qanunsuz olaraq Qarabağa gəlib

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anait Saakyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, onu Xankəndi hava limanında separatçı rejimin başçısı Bako Saakyan qarşılayıb.

Qeyd edək ki, mayın 8-də Ermənistan parlamentinin sədri Ararat Mirzoyan, keçmiş prezident Serj Sarqsyan da Qarabağa gəlib.

Xatırladaq ki, 1992-ci il mayın 8-də Azərbaycanın Şuşa şəhəri Ermənistan və havadarları tərəfindən işğal edilib.

Son.az