Seyrək qaşlar üçün 5 məhsul


Digərləri 09 May 2019 16:43:00 232 0

Seyrək qaşlar üçün 5 məhsul

Xanımların əksəriyyəti qaşlarının seyrək olmasından, tökülməsindən şikayət edirlər.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu problemlə mübarizə aparmaq üçün lazım olan ərzaqların əksəriyyəti mətbəximizdə mövcuddur. Kimyəvi proseslərə müraciət etmədən öncə bu üsulları sınaya bilərsiniz.

Sarımsaq

Ta qədim zamanlardan bəri sarımsaq tük əmələ gətirmə xüsusiyyətinə görə istifadə edilir. Bu tərəvəzi iki yerə bölüb qaşlarınıza çəkin. Əgər qoxudan narahat olsanız, qaşlara daha sonra limon və gül suyu çəkə bilərsiniz.

Badam yağı

Badam yağı əsasən bədəndəki dəri dartılmalarının qarsının alınmasında istifadə edilsə də seyrək qaşlar üçün də çox faydalıdır. Yağı pambıgın üzərinə əlavə edib qaşlarınıza çəkin. 1 ssat sonra isə iliq su ilə yuyun.

Zeytun yağı

Təbii nəmləndirici olan bu yağ qaşları da gurlaşdırır. Gecə yatmazdan əvvəl zeytun yağı ilə qaşlarınızı 1-2 dəqiqə masaj edin. Yumadan yatın.