İranın qarşısını kəsmək üçün müqaviləni qorumalıyıq


Dünya 09 May 2019 16:36:00 200 0

İranın qarşısını kəsmək üçün müqaviləni qorumalıyıq

İranın nüvə silahına sahib olmasını əngəlləmək üçün nüvə müqaviləsini davam etdirmək istəyirik.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər naziri Hayko Maas bildirib.

İranın bəyanatını böyük narahatlıqla qarşıladıqlarını deyən Maas qeyd edib:

"Bizim mövqeyimiz aydındır. Biz bu müqaviləni xüsusilə İranın nüvə silahına sahib olmasını əngəlləmək üçün qorumaq istəyirik. İranın ötən gün atdığı addıma razılıq vermirik".