Məşhur alimdən yeni proqnoz:


Digərləri 09 May 2019 16:08:00 263 0

Məşhur alimdən yeni proqnoz:

Zəlzələ proqnozları ilə məşhurlaşan hollandiyalı mütəxəssis Frank Hugerbits növbəti dəfə bütün dünyada təşvişə səbəb olan açıqlamalar verib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, Hugerbit həftə ərzində planetlərin düzülüşünə diqqət çəkərək, 5-6 may tarixlərində baş verən düzülüşün ardından Papua Yeni Qvineyada 7.2 bal gücündə zəlzələ baş verdiyini bildirib.

7-8 may tarixlərində gerçəkləşən Günəş-Merkuri-Venera-Neptun və Yer kürəsi-Merkuri-Uran düzülüşünü vurğulayan alim, 2005-ci ildən bu yana oxşar düzülüşlərin 71 faizinin 7.5 baldan artıq zəlzələlərə səbəb olduğu barədə xəbərdarlıq edib.

9 mart 2011-ci ildə Yaponiyada baş vermiş 8.9 bal gücündə zəlzələnin də buna bənzər bir düzülüşdən 2 gün sonra baş verdiyini xatırladan alim növbəti dəfə ən azı 8 bal gücündə zəlzələ baş verə biləcəyini proqnozlaşdırıb.