İranda 2 ton narkotik aşkarlandı - 4 qaçaqmalçı öldürüldü


Digərləri 09 May 2019 14:55:00 196 0

İranda 2 ton narkotik aşkarlandı - 4 qaçaqmalçı öldürüldü

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunda 2,17 ton narkotik maddə aşkarlanıb.

Bakı. Elnur Bağışov - İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunda 2,17 ton narkotik maddə aşkarlanıb. Trend-in məlumatına görə, vilayətinin hüquq-mühafizə orqanının rəis əvəzi Əhməd Tahiri deyib ki, narkotik qaçaqmalçıları ilə təxminən bir saat baş verən silahlı insidentdə, 4 qaçaqmalçı öldürülüb, 2 nəfər saxlanılıb. Polis 1,98 ton tiryək, 11,5 kq heroin, 3,2 kq həşiş, 167 kq başqa narkotik maddələr aşkarlayıb.