Türkiyədə KonqoKrım qızdırmasından 3 nəfər ölüb


Dünya 09 May 2019 13:25:00 170 0

Türkiyədə KonqoKrım qızdırmasından 3 nəfər ölüb

Mayın əvvəlindən Türkiyədə Konqo-Krım qızdırmasından 3 nəfər həyatını itirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Ölüm halları mərkəzi Anadolu bölgəsində qeydə alınıb.

2018-ci ildə isə Türkiyədə həmin xəstəlikdən 27 nəfər vəfat edib.

Qeyd edək ki, 2002-ci ildən bəri Türkiyədə 6 500 Konqo-Krım qızıdrmasına yoluxma halı qeydə alınıb, bunlarda 605 nəfər həyatını itirib.