"Sizə bunu isbat etməyə məcbur deyiləm"


Şou-biznes 09 May 2019 12:40:00 208 0

"Sizə bunu isbat etməyə məcbur deyiləm"

"Hər şey daxil"in aparıcısı Tarix Əliyev (Tolik) onu tənqid edənlərin cavabını efirdə verib.

Son.az xəbər verir ki, Tolik həmin fikirlərin onun üçün əhəmiyyətsiz olduğunu qeyd edib.

Prodüser-aparıcı ona yersiz yerə edilən tənqidlərə xeyli vaxtdır reaksiya vermədiyini də deyib:

"Hər yerindən duran çıxıb fikir bildirirsə ki, "Tolik nə işlər görüb...". Mən sizə nəyisə isbat etmək məcburiyyətində deyiləm. Mənim haqqımda pis şey yazanlar o qədər də önəm daşımırsınız, qətiyyən!