Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak ediblər


Siyasət 09 May 2019 11:45:00 256 0

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.