Sumqayıtda arvadına 40 bıçaq zərbəsi vuran ərə prokuror 18 il cəza istədi


Kriminal 09 May 2019 11:28:00 265 0

Sumqayıtda arvadına 40 bıçaq zərbəsi vuran ərə prokuror 18 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Yaqub Ağayevin işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında Y.Ağayevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası mayın 15-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən il dekabrın 12-də Sumqayıt şəhər, 11-ci mikrorayon ərazisində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Ağayeva Aynurə Ramiz qızı ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib.

Cinayətin törədilməsində şübhəli qismində mərhumun həyat yoldaşı Ağayev Yaqub Şirin oğlu saxlanılıb.