Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Naxçıvanda konsert proqramı olub FOTO


Digərləri 09 May 2019 10:44:00 255 0

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Naxçıvanda konsert proqramı olub  FOTO

Mayın 7-də Naxçıvan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 15 illiyi münasibətilə konsert proqramı təşkil olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirin aparıcıları müasir Azərbaycanın qurucusu və memarı olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini bildiriblər. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə həmişə Vətənimizin inkişafı və çiçəklənməsi üçün yorulmaz fəaliyyət göstərib.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderimizin nəsillərə nümunə olan şərəfli həyatında Naxçıvana bağlılıq, Azərbaycanın bu qədim diyarına tükənməz məhəbbət və ardıcıl qayğı xüsusi yer tutub. Ulu Öndər harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq daim Vətəni və xalqı üçün çalışıb.

Ümummilli Lider həmişə Naxçıvanın yüksəlişi və tərəqqisi naminə xüsusi səy göstərib. 1990-1993-cü illərdə Naxçıvanın blokadasının aradan qaldırılması və inkişafı üçün mühüm tədbirlər həyata keçirib.

Vurğulanıb ki, bu gün Ulu Öndərin siyasi irsi onun layiqli davamçısı Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Yarandığı ilk gündən başlayaraq Heydər Əliyev Fondunun fəaliyyətində xeyirxahlığın, mərhəmətin, humanistliyin, milli-mənəvi dəyərlərə sadiqliyin prioritet istiqamətlər kimi müəyyən edildiyi bildirilib. Qeyd edilib ki, on beş illik fəaliyyəti dövründə Fond ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə böyük dəstək verib.