Gəmidəki yanğın nəticəsində xəstəxanaya yerləşdirilən xəstələrdən 1i evə buraxılıb


Digərləri 09 May 2019 10:06:00 245 0

Gəmidəki yanğın nəticəsində xəstəxanaya yerləşdirilən xəstələrdən 1i evə buraxılıb

Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən 14 nəfərdən 1-i evə buraxılıb.

Son.az xəbər verir ki, bu barədə özəl olaraq xəstəxanadan Trend-ə bildiriblər. Mərkəzi Neftçilər Xəstəxanasından verilən məlumata görə, qalan 13 nəfərdən 7-si reanimasiya şöbəsinə, 6 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib:

"Ümumilikdə gəmidə14 nəfər xəsarət alıb. Onlardan 1 nəfər - gəminin mətbəxində işləyən şəxsin xəsarətləri yüngül olduğu üçün bu gün səhər saatlarında evə buraxılıb. Xəsarət alanlardan 1 nəfərin yanıq xəsarətləri çox olduğundan həmin şəxs Respublika Yanıq Mərkəzində müayinə olunduqdan sonra yenidən Mərkəzi Neftçilər Xəstəxanasına qaytarılıb".