Bir həbsxanadan digərinə daşınarkən 9 məhbus qaçdı


Dünya 09 May 2019 09:15:00 209 0

Bir həbsxanadan digərinə daşınarkən 9 məhbus qaçdı

Argentinanın Santa-Fe vilayətində 9 məhbus bir həbsxanadan digərinə daşınarkən qaçıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hazırda polis əməkdaşları qaçan məhbuslardan üçünü saxlaya bilib. Qaçanlar arasında qətl törədənlər də var. Hadisənin təfərrüatları aydınlaşdırılır.

İlkin məlumatlara əsasən, cinayətkarlar qaçırılan iki avtomobildə gizlənir.

Qeyd edək ki, avtobusda 13 məhbus olub, onlardan dördü qaçışda iştirak etməyib.